• Noyabr 27, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçirilib.

Tur çərçivəsində “Neftçi” “Xilasedici” komandası ilə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan qarşılaşmada təmsilçimiz rəqibi üzərində əzmkar qələbə qazanıb – 3:0 (25:21, 25:23, 25:22).