• Yanvar 13, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında doqquzuncu turun növbəti oyunu keçirilib. Günün yeganə qarşılaşmasında “Neftçi” “Xilasedici” komandası ilə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan və gərgin mübarizə şəraitində keçən oyunda “Neftçi” rəqibi üzərində 3:2 (25:22, 25:17, 22:25, 23:25, 15:17) hesablı qələbə qazanıb.

Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran komandamız turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib.