“Neftçi” İdman Klubunun cüdo üzrə məşqçisi Vüqar Babayev (66 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteranlar arasında keçirilən Avropa çempionatında yüksək nailiyyət qazanıb. M3 yaş kateqoriyasında çıxış edən təmsilçimiz inamla mübarizə apararaq bütün rəqiblərini məğlub edib və Avropa çempionu olub.