“Neftçi” İdman Klubunun cüdoçusu Vüqar Talıbov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medala sahib olub. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda yaponiyalı Sanşiro Muraoya məğlub olub və fəxri kürsünün ikinci pilləsində yer alıb.