• İyun 2, 2025
  • Redactor Neftchi
  • 0

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının ikinci mərhələsi keçirilib.
İki gün davam edən yarışda “Neftçi” İdman Klubunun təmsilçisi Vüsal Əliyev mükafata layiq görülüb. Səksən kiloqram çəki dərəcəsində çıxış edən idmançımız mərhələni bürünc medalla başa vurub.
Qeyd edək ki, Dünya Seriyasının üçüncü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində təşkil olunacaq.