• İyun 2, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun xanım cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən böyüklər arasında Avropa kubokunda uğrlu çıxış ediblər. Təmsilçilərimizdən Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıblar. Leyla Əliyeva (48 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Avstriyanın Qrats şəhərində gənc cüdoçular arasında təşkil olunan Avropa kubokunda isə klubumuzun idmançısı Nigar Süleymanova (+78 kq) yalnız finalda məğlub olub və gümüş medala layiq görülüb.