Boks Mərkəzində yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib.

“Neftçi” İdman Klubunun təmsilçiləri yarışı 5 medalla başa vurublar. Yeniyetmə boksçularımızdan Fərid Səlimov (44 kq) bütün rəqiblərinə qalib gələrək paytaxt çempionluğunun sevincini yaşayıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Ələkbər Əhmədov (60 kq) gümüş medala layiq görülüb. Zöhrab Dərgahov (42 kq), Əli Abdullayev (66 kq) və Elbrus Alıyev (70 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıblar.