• İyul 17, 2025
  • Redactor Neftchi
  • 0

Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyi sona çatıb.
Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun daha bir təmsilçisi mükafatçılar arasında yer alıb. Boksçumuz Səfdər Məmmədzadə (+80 kq) finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 (26:30, 28:28, 28:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz yarışı gümüş medalla başa vurub.
Xatırladaq ki, daha öncə klubumuzun digər yetirməsi Aylin Nəzərova (46 kq) qitə birinciliyinin bürünc medalını qazanmışdı.