• Oktyabr 24, 2025
  • Redactor Neftchi
  • 0

Estoniyanın Rakvere şəhərində yeniyetmə güləşçilər arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Üç yaş qrupu üzrə təşkil edilən yarışa 19 ölkədən 500-ə yaxın idmançı qatılıb.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçilərindən Hüseyn Mustafazadə (52 kq) U-15 yaş qrupunda, Abdurrahman Hüseynli (51 kq) isə U-17 yaş qrupunda bürünc medala layiq görülüb.