Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Bu gün “Neftçi” İdman Klubunun daha iki yunan-Roma güləşçisi Avropa çempionu olub, biri isə gümüş medala yiyələnib. Pəhləvanlarımızdan Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici finalda rəqibinə məğlub olan Ülvü Qənizadə (72 kq) isə gümüş medala sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) isə gümüş medal qazanıb.