Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə keçirilən U-20 Azərbaycan birinciliyinə yekun vurulub. Yarışın sonuncu günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri inamla mübarizə apararaq ölkə birinciliyində 10 medala (3 qızıl, 3 gümüş, 4 bürünc) yiyələniblər və komanda hesabında ikinci yeri tutublar.
Təmsilçilərimizdən Fərid Xəlilov (67 kq), Davud Məmmədov (77 kq) və İsmayıl Rzayev (82 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq respublika çempionu olublar. Yalnız həlledici final görüşündə məğlubiyyətə uğrayan Təvəkkül Həziyev (67 kq), Kamran Rəcəbli (72 kq) və Kənan Abdullazadə (77 kq) fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Fəraim Mustafayev, Füzuli Abbasov (hər ikisi 67 kq) və Mahir Qurbanlı (97 kq) isə ölkə birinciliyini bürünc medalla başa vurublar.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri də yarışda uğurla çıxış etmiş və yarışın 4 qızıl, 3 gümüş, 6 bürünc medalına sahib olmuşdular.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yarış gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyırdı.