Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinə yekun vurulub.Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun daha bir təmsilçisi Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız ardıcıl olaraq 4 rəqibinə qalib gəlib və qızıl medala sahib olub. Ülvü Qənizadə finalda inamla çıxış edərək macarıstanlı Levente Levaya 7:0 hesabı ilə qalib gəlib və reytinq turnirinin qalibi adını qazanıb.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Həsrət Cəfərov (67 kq) isə bürünc medal qazanmışdı.