Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Murad Məmmədov yarışda inamla çıxış edərək böyük uğura imza atıb. Altmış üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici finalda ukraynalı Oleksandr Xruşinə 2:1 hesabıyla qalib gələrək Avropa çempionu olub. Digər təmsilçimiz Rəşad Məmmədov (55 kq) isə finalda moldovalı Artium Deleanuya məğlub olub və Avropa çempionatının gümüş medalına layiq görülüb.