Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Sənan Süleymanov yarışda inamla mübarizə apararaq 77 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, beş rəqibini məğlub edərək Azərbaycan yığmasının hesabına ilk qızıl medalı yazdırıb. Pəhləvanımız həlledici final qarşılaşmasında macarıstanlı Joltan Levaya 5:0 hesabı ilə qalib gəlib və reytinq turnirinin qalibi olub.