• Sentyabr 29, 2025
  • Redactor Neftchi
  • 0

Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışa 10 ölkədən 200-dən çox idmançı qatılıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri memorialda 2 medal əldə ediblər. Pəhləvanlarımızdan Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Əhmədiyev (97 kq) isə turniri üçüncü pillədə başa vurub.