
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilən dostluq turnirində 2 medal əldə ediblər. Onlardan Rahil Əmirov (44 kq) 13 yaşadək idmançılar arasında gümüş medal qazanıb. Digər təmsilçimiz Bağban Əliyev (38 kq) isə 15 yaşadək güləşçilərin mübarizəsində üçüncü yeri tutub.

