• İyul 8, 2026
  • Redactor Neftchi
  • 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa birinciliyi davam edir.

“Neftçi” İdman Klubunun yığma komandanın heyətində təmsil olunan yunan-Roma güləşçilərindən ikisi mükafatçılar arasında yer alıb. Pəhləvanlarımızdan Ayxan Cavadlı (60 kq) və Elmin Əliyev (82 kq) mötəbər yarışın bürünc medalına sahib olublar.