• Fevral 6, 2026
  • Redactor Neftchi
  • 0

Gəncə İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan birinciliyi davam edir. Yarışda artıq “klassiklər”in yarışına yekun vurulub.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri turnirdə inamla çıxış edərək 10 medala (3 qızıl, 3 gümüş, 4 bürünc ) yiyələniblər və ümumkomanda hesabında ikinci yeri tutublar.
Təmsilçilərimizdən Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq) və Mahir Qurbanlı (97 kq) bütün görüşləri qələbə ilə başa vuraraq respublika çempionu olublar. Yalnız final qarşılaşmasında məğlub olan Nicat İsgəndərli (55 kq), Riyad İbrahimli (97 kq) və Əli Bayramov (130 kq) gümüş medal qazanıblar. Xalid Ələsgərov (55 kq), Elnar Ziyadov (55 kq), Akif Nəcəfli (77 kq) və Emil Abbasov (87 kq) isə üçüncü pillədə qərarlaşıblar.