
“Neftçi” İdman Klubunun daha bir güləşçisi Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türk Dövlətlərinin III Universiadasında mükafatçılar arasında yer alıb. Sərbəst güləşçimiz Yusif Dursunov (125 kq) inamla çıxış edərək bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçisi Ramik Heybətov (74 kq) və yunan-Roma güləşçisi Cavad Məmmədov (77 kq) yarışın bürünc medalına layiq görülüblər.