Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan atıcılıq turnirinə yekun vurulub.
Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda “Neftçi” İdman Klubunun yetirmələri 4 medal əldə ediblər.
Gənclər arasında (PTÇ-3) təmsilçimiz Vladislav Kalmıkov 571 xalla liderliyə yüksəlib. Oleq Kerjankin (569 xal) gümüş, Leyli Əliyeva (555 xal) isə bürünc medala yiyələnib.
Yeniyetmələrin yarışında (PTÇ-3) isə Mədinə Zəkərəyeva 266 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.