“Neftçi” İdman Klubunun daha bir yunan-Roma güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində mükafatçılar arasında yer alıb. Altmış yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov üçüncü yer uğrunda qarşılaşmada misirli Mustafa Alameldinə 5:1 hesabı ilə qalib gələrək reytinq turnirinin bürünc medalını qazanıb.Digər təmsilçimiz Murad Məmmədov (63 kq) isə yarışda zədələndiyi üçün sonadək mübarizə apara bilməyib. Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medala sahib olub.