“Neftçi” İdman Klubunun cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala layiq görülüb. İdmançımız mübarizəyə 1/32 finaldan başlayıb və bütün rəqiblərinə qalib gələrək finala qədər irəliləyib. Zelim Tçkayev həlledici görüşdə belçikalı Mattias Kasseyə məğlub olub və fəxri kürsünün ikinci pilləsində yer alıb.