«Sərhədçi» İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi davam edir. «Neftçi İdman Klubu»nun yarışda təmsil olunan pəhləvanlarından Kənan Cəfərov (58 kq) və Ramin Cəfərov (63 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionluğunun sevincini yaşayıblar. Klubun digər yeniyetmələrindən Nurlan Dadaşov (54 kq) gümüş, Əsgər Əlizadə (42 kq), Elşad Məmmədov (50 kq) və Kamran Mirzəliyev (58 kq) isə bürünc medala sahib olublar.