Mayın 14-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində startı verilmiş sambo üzrə Avropa çempionatında ölkəmiz 10 idmançı ilə təmsil olunur. “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış samboçusu Emil Həsənov (68 kq) qitə yarışının bürünc medalını qazanıb.