Avqustun 30-da Fransanın Makon şəhərində start
götürmüş gənc güləşçilərin dünya birinciliyi davam edir. Mötəbər turnirin ilk
iki günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar.”Neftçi İdman Klubu”nun yığma komandanın heyətində
təmsil olunan yunan-Roma güləşçisi, 84 kq çəki dərəcəsində mübarizə aparan
İslam Abbasov ilk görüşdə avstriyalı Lukas Stauvdaçer,
dörddəbir finalda isə İran idmançısı Arman Yavar Alizadeh Abdevali üzərində qələbə
qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı Vlas Dubrovinlə üz-üzə gələn
güləşçimiz rəqibini məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin edib. Həlledici
qarşılaşmada İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizlə görüşdən qalib
ayrılıb və dünya çempionatının qızıl medalına sahib olub.Qeyd edək ki, klubun millinin heyətində yer almış sərbəst
güləşçiləri Mahir Əmiraslanov (60 kq) və Murad Süleymanov (74 kq) isə
sentyabrın 3-4-də mübarizəyə qoşulacaqlar.