«Neftçi İdman Klubu» ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif
növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi,
gənclərin sağlam böyüməsi,
neftçilərin asudə vaxtlarının
səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni
isə hər ilin sentyabr ayında neftçilərin
peşə bayramı (20 sentyabr – Neftçilər Günü)
ərəfəsində keçirilən Spartakiadadır.Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXIV
Spartakiadası keçirilir. Tədbirdə 29
müəssisənin komandası iştirak
edir. Bu mötəbər yarışa 14 idman növü(mini-futbol, atletika, üzgüçülük,
voleybol, stritbol, daşqaldırma, şahmat,
dama, nərd, stolüstü tennis, darts,
kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə 1241-dən artıq iştirakçının qatılmasınəzərdə tutulur ki, onlardan da 235-i qadınlardır.
Yarışlar Suraxanı qəsəbəsində
yerləşən Tofiq İsmayılov adına
Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növündə
isə «Start» İdman
Kompleksində keçiriləcək. Sentyabrın 5-də start götürmüş
Spartakiada ayın 11-də öz işini
sona çatdıracaq.Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 6-da saat 16:00-da Tofiq İsmayılov
adına Olimpiya Təlim-İdman Kompleksində
keçiriləcək.