Almaniyanın Bad Kissingen şəhərində kombat döyüş
növləri üzrə keçirilən üçüncü dünya çempionatı sona çatıb. “Neftçi İdman
Klubu”nun dörd idmançısı klubun baş məşqçisi Rafət Əsədovun rəhbərliyi ilə bu yarışda
yığma komandanın tərkibindəAzərbaycanı təmsil edirdilər.
Fərəhli haldır ki, idmançılarla yanaşı məşqçi özü də iştirak etdiyi bu çempionatda
fərqlənmişdir. Belə ki, məşqçi Rafət Əsədov K-1 versiyasında Hindistan və
Almaniyanı təmsil edən idmançıları məğlub edərək fəxri kürsünün yüksək pilləsinə
sahib olmuş və turnirin çempionu adına layiq görülmüşdür. Professional kəmər
uğrunda döyüşdə isə Tayland idmançısını məğlub edən Əsədov dünya kəmərinə də
sahib çıxmışdır.Belə ki, klubun digər idmançısı Samir Salmanov
professional döyüşdə italiyalı rəqibini məğlub edərək kəməri belinə taxmağa müvəffəq
olub. Digər döyüşçülər kikboksinq döyüş növləri üzrə Tural Cavadov ikinci,
Vüqar İmanov isə üçüncü yerlə kifayətlənmişlər.