“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi
işçiləri arasında keçirilən XXIV Spartakiadada daha 7 idman növü (güllə
atıcılığı, mini-futbol, stritbol, voleybol, darts, kəndirdartma və stolüstü
tennis) üzrə yarışlara yekun vurulub.Mini-futbol yarışlarında Nəqliyyat İdarəsi, stritbol və stolüstü
tennis növlərində Heydər Əliyev adına Neft Emalı Zavodu, voleybolda İnformasiya
Texnologiyaları və Rabitə İdarəsi, kəndirdartmada isə “Neft Daşları” NQÇİ-nin
komandası qalib adını qazanıb. Güllə atıcılığında kişilər arasında Neft Kəmərləri
İdarəsi, qadınların yarışında isə Heydər Əliyev adına Neft Emalı Zavodunun
komandası birinci olub. Darts idman növündə kişilər arasında təşkil olunan
yarışda Bahar Enerji Əməliyyat Şirkəti, zərif cinsin nümayəndələri arasında isə
Neft Kəmərləri İdarəsinin komandası liderliyə yüksəlib.