“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə
sentyabrın 5-də startı verilmiş neft, qaz və kimya sənayesi işçilərinin XXIV
Spartakiadasına yekun vuruldu. 29 komandanın mübarizə apardığı bu mötəbər yarışa 14 idman növü üzrə (mini-futbol,
atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) 1241 iştirakçı qatılmışdı
ki, onlardan da 235-i qadınlar idi. Yarışlar Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük növündə isə «Start» İdman Kompleksində keçirildi.Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi
komanda hesabında XXIV Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri
İdarəsi 2-ci, Nəqliyyat İdarəsinin komandası isə 3-cü yeri tutdu.Qaliblər “Neftçi İdman Klubu”nun diplom, medal
və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.Bununla da neft, qaz və kimya sənayesi
işçilərinin XXIV Spartakiadasına yekun vuruldu.