“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək gənc
cüdoçular arasında Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda 22 komandanın
tərkibində 208 cüdoçu qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt
birinciliyində rəqiblərindən aşkar üstünlükləri ilə seçiliblər. Təmsilçilərimiz
yarışın 11 medalına (3 qızıl, 2 gümüş, 6 bürünc) sahib çıxıblar və ümumi
komanda hesabında 1-ci yeri tutublar.İdmançılarımızdan İbrahim Əliyev (66 kq), Kərim Məmmədov
(73 kq) və Ülviyyə Bayramova (52 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final mərhələsində məğlub olan
Davud Abbaslı (60 kq) və Əli Nuriyev (66 kq) birinciliyin gümüş medalına layiq görülüblər. Digər gənc cüdoçularımız Ağabəy Ağazadə
(60 kq), Şamil Rəcəbli (66 kq), Abdulla İsmayılov (100 kq), Camal Feyziyev
(+100 kq), Aytac Quluzadə (48 kq) və Cəmalə Muqumova (70 kq) isə yarışın bürünc
medalları ilə kifayətləniblər.