Futbol
üzrə I Divizionda 3-cü turun oyunlarına yekun vurulub.”Qaradağ
Lökbatan” komandası bu turda “Səbail”i qəbul edib.
Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən oyun
futbolçularımızın üstünlüyü şəraitində keçib. 17-ci dəqiqədə Əliqulu Manafovun
vurduğu qolla komandamız önə keçib – 1:0. Komandalar elə bu hesabla da fasiləyə
yollanıblar. Matçın 68-ci dəqiqəsində Əliqulu Manafov özünün və komandasının
2-ci qolunu vurub. Hücumlarını davam etdirən “Qaradağ Lökbatan” 73-cü (p) və
83-cü dəqiqələrdə rəqibi daha iki dəfə məyus edib – 4:0. Bu dəfə Rüfət Məmmədov
dubla imza atıb. Artırma dəqiqələrində özünə gələn “Səbail” komandası vurulan
qollardan ikisinin əvəzini çıxaraq fərqi ikiyə endirib – 4:2. Qarşılaşma elə bu
hesabla da sonuclanıb.