Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunan güləş
üzrə hərbçilərin 31-ci dünya çempionatında “Neftçi İdman Klubu”nun iki təmsilçisi
mükafatçılar arasına düşməyə müvəffəq olub. Şəhərin ən böyük idman
arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi
İdman Şurasının himayəsi altında keçirilən yarışda klubumuzun sərbəst güləşçisi
Ağahüseyn Mustafayev (65 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə
qazanıb. Həlledici görüşdə idmançımız Şimalı Koreya təmsilçisi Gvang Kinlə üzə-üzə
gəlib. Rəqibinə 8:5 hesabı ilə qalib gələn Ağahüseyn Mustafayev dünya
çempionatının qızıl medalına sahib olub.Klubun
digər sərbəst güləşçisi Əşrəf Əliyev (74 kq) isə çempionatın bürünc medalına
layiq görülüb. Pəhləvanımız üçüncü yer uğrunda görüşdə Hindistan idmançısı üzərində
2:0 hesabı ilə qələbə qazanıb.