Oktyabrın
1-dən 9-dək Böyük Britaniyada “İsle of Man İnternational Masters” beynəlxalq
şahmat turniri keçiriləcək. “Chess.com” saytının iştirakı ilə təşkil edilən
turnirin Birtaniya adaları tarixində unudulmaz hadisə olacağı gözlənilir.Müxtəlif
ölkələrdən bir neçə güclü qrossmeysterin qatılacağı yarışda “Neftçi İdman
Klubu”nun şahmatçısı Eltac Səfərli də bacarığını nümayiş etdirəcək.