Moskvada
Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil olunan “Russian
Open” beynəlxalq turniri başa çatıb.Gənclər arasında keçirilən yarışda “Neftçi İdman Klubu”nun yığma
komandada təmsil olunan taekvondoçusu, 68 kq çəkidə çıxış edən Əliəsgər Əliyev
böyük uğura imza atıb. İdmançımız keçirdiyi bütün döyüşlərdə inamlı qələbə
qazanaraq turnirin qızıl medalına yiyələnib.