Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi
İdman Şurasının himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya
çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun güləşçiləri dünya çempionatının
daha iki medalına sahib olublar. Yarışın son günlərində yunan-Roma güləşçiləri
xalça üzərinə çıxıblar. Klubun təmsilçilərindən Həsən Əliyev (71 kq) finala qədər
maneəsiz irəliləyib. Həlledici görüşdə o, Rusiya idmançısı Adam Kurak üzərində
qələbə qazanaraq dünya çempionu adına layiq görülüb. 85 kq çəki dərəcəsində
mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib.
Birinci yer uğrunda görüşdə güləşçimiz rusiyalı Yevgeni Sazayevə məğlub olub və
gümüş medala yiyələnib.Xatırladaq ki, çempionatın ilk günlərində yarışmış
sərbəst güləşçilərimizdən Ağahüseyn Mustafayev (65 kq) qızıl, Əşrəf Əliyev (74
kq) isə bürünc medal qazanmışdı.Qeyd edək ki, dörd qitəni təmsil edən 35 ölkədən
300-dən çox idmançının qatıldığı mötəbər yarışdaAzərbaycan
yığması 9 medal qazanıb və komanda hesabında ikinci yeri tutub.