Beynəlxalq
Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Oktyabr
ayı üçün açıqlanan siyahını “Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu
hesab etmək olar. Belə ki, cüdoçularımızdan Rio Olimpiadasının mükafatçıları
Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə öz çəkilərində liderliklərini
qoruyublar. Klubun digər cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü,
Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq)
20-ci, Elxan Məmmədov (100 kq) isə 19-cu sırada qərarlaşıb.