Bosniya və
Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə güləşçilərin dünya
birinciliyi davam edir.Birinciliyin
ilk iki günündə yunan-Roma güləşçiləri meydana çıxıblar. Azərbaycan pəhləvanları
yarışı 3 bürünc medalla başa vurublar. Mükafatçılardan biri, 69 kq çəki dərəcəsində
mübarizə aparan Ülvi Qənizadə “Neftçi İdman Klubu”nu təmsil edir. İdmançımız ilk
görüşdə Rusiya güləşçisi Aleksandr Komarovla üz-üzə gəlib və məğlub olub. Rəqibin
finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşlərdə
ardıcıl olaraq qırğızıstanlı Konobay Saginbekov və Türkmənistan təmsilçisi
Eduard Şaqinyan üzərində inamlı qələbə qazanan Qənizadə bürünc medal uğrunda
görüşə çıxıb. Türkiyəli Kerim Yılmazla gərginmübarizədən
qalib ayrılan güləşçimiz dünya birinciliyinin bürünc medalına yiyələnib.