Bu gün Qazaxıstanın
Astana şəhərində cüdo üzrə dünya çempionatına start verilir. Avqustun 30-dək
davam edəcək yarışda 120 ölkədən 729 cüdoçu (432 kişi, 297 qadın) qalib adı
uğrunda mübarizə aparacaq.Mundial iştirakçıları
arasında Azərbaycan yığması da təmsil olunacaq. Milli komandamızın heyəti
bütünlüklə “Neftçi İdman Klubu”nun yetirmələrindən təşkil
olunub. Dünya çempionatında ölkəmizi klubun altı cüdoçusu – Nicat Şıxəlizadə,
Hidayət Heydərov (hər ikisi 66 kq), Hüseyn Rəhimli (73 kq), Məmmədəli Mehdiyev
(90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq) təmsil edəcək.Qeyd edək
ki, Qazaxıstanda keçirilən dünya çempionatı bu ilin təqvimində ən əhəmiyyətli
cüdo yarışıdır. Belə ki, bu turnir 2016-cı ildə Rio de Janeyroda təşkil
olunacaq Olimpiya Oyunlarınadək təsnifat dövrünün sonuncu dünya çempionatıdır.