Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini
açıqlayıb.Yeni siyahıda “Neftçi İdman Klubu”nun
cüdoçularından ən yaxşı göstəricilər yenə Olimpiya mükafatçılarımız Rüstəm
Orucov (73 kq) və Elmar Qasımova (100 kq) məxsusdur. Hər iki cüdoçumuz öz çəki
dərəcələrində liderdilər. Klubun digər yetirmələri Orxan Səfərov, İlqar
Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq) və
Elxan Məmmədov (100 kq) da mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 2-ci,
14-cü, 20-ci və 19-cu pillədə qərarlaşıblar. Nicat Şıxəlizadə (66 kq) isə bir rəqibini
arxada qoyaraq 8-ci pillədən 7-yə yüksəlib.