Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda yeddinci turun oyunları keçirilib.Bu
tur çərçivəsində “Qaradağ Lökbatan” komandası “Rəvan”ı qəbul edib. Lökbatan qəsəbəsində
yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan qarşılaşma
futbolçularımızın aşkar üstünlüyü ilə müşayiət olunub. 8-ci dəqiqədə Əliqulu
Manafov, 21-ci dəqiqədə isə Məhəmməd Alıyev rəqib qapısının torunu silkələyib.
35-ci dəqiqədə “Rəvan”ın futbolçusu Elvin Əliyev hesab arasındakı fərqi birə
endirib – 2:1. Fasilədən sonra təzyiqi bir qədər də artıran komandamız daha iki
qola imza atıb. 53-cü və 61-ci dəqiqələrdə Sabir Allahquliyev rəqibi məyus
edib. Beləliklə, qarşılaşma “Qaradağ Lökbatan”ın 4:1 hesablı qələbəsi ilə
yekunlaşıb.