Serbiyanın
paytaxtı Belqradda gənclər arasında taekvondo üzrə “Serbia Open” beynəlxalq
turniri keçirilib. G1 kateqoriyalı yarışda Azərbaycan yığma komandası 12
idmançı ilə təmsil olunub. Milli komandamız turnirin 1 qızıl, 3 gümüş və 2
bürünc medalına sahib olub.”Neftçi
İdman Klubu”nun yığmanın heyətində yer almış taekvondoçusu Ələsgər Əliyev (68
kq) finala qədər irəliləməyə nail olub. Həlledici mərhələdə məğlub olan
idmançımız “Serbia Open”turnirinin gümüş medalına yiyələnib.