Sloveniyanın
Maribor şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı sona yetib.Klubumuzun
milli komandanın heyətində təmsil olunmuş kikboksçularından Anar Əhmədov (51
kq, K1 kontakt) və Çingiz Əhmədzadə (51 kq, lou-kontakt) yalnız final döyüşündə
məğlub olaraq qitə çempionatının gümüş medalına layiq görülüblər. Elşad Ələsgərov
(54 kq, K-1 kontakt) isə bürünc medalla kifayətlənib.Veteranlar
arasında təşkil olunan yarışda isə Sadıq Bağırov 3-cü yeri tutub.