Kişi
voleybolçular arasında Azərbaycan çempionatında I dövrəyə yekun vurulub.
Naxçıvan Olimpiya Kompleksində təşkil olunan yarışın V turunda “Neftçi İdman
Klubu”nun komandası “Naxçıvan”la üz-üzə gəlib. Voleybolçularımız sonuncu rəqibini
də 3:0 (25:16, 25:18, 25:17) hesabıyla məğlub ediblər. Beş qarşılaşmanın
hamısını qələbə ilə başa vuran komandamız hazırda 15 xalla turnir cədvəlinə
liderlik edir.Qeyd
edək ki, dairəvi sistemlə keçirilən yarışda növbəti iki dövrənin dekabr və
fevral aylarında keçirilməsi nəzərdə tutulub. Yekunda ilk “dördlük” mart ayında
keçiriləcək yarımfinala vəsiqə qazanacaq. Final
qarşılaşması isə apreldə gerçəkləşəcək.