Bolqarıstanın
paytaxtı Sofiya şəhərində keçirilən dünya çempionatında “Neftçi İdman Klubu”nun
idmançısı Emil Həsənov (68 kq) uğuruyla yadda qalıb. Çempionatda 8 idmançı ilə iştirak
edən samboçulararasında yığma komandamızın şərəfini
qoruyan pəhləvanımız finala qədər əzm və iradə nümayiş etdirib. Yalnız finalda
qızıl medal uğrunda rusiyalı Nikita Kletskoya məğlub olan atletimiz çempionatın
gümüş medalına sahib olub.Xatırladaq
ki, dünya çempionatında ölkəmizi hakim qismində təmsil edən Cabir İsmayılov
“Neftçi İdman Klubu”nun məşqçi-müəllimidir.