Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda XII turun oyunlarına start
verilib. MOİK (Mərkəzi Ordu İdman Klubu) Bayıl stadionunda “Qaradağ Lökbatan”
komandasını qəbul edib. Turnir cədvəlində qonşu olan bu komandalar arasında
oyunun gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Belə ki, qapılara vurulan dörd
topa baxmayaraq, komandalar hərəyə bir xalla kifayətləndilər. Oyunun birinci
hissəsində meydan sahibləri 15-ci dəqiqədə Məhəmməd Bədəlbəylinin vurduğu topla
hesabı açsalar da, 27-ci dəqiqədə “Qaradağ Lökbatan”ın yarımmüdafiəçisi Emin
Mustafayev hesaba tarazlıq gətirdi. Vurulan bu qoldan sonra komandamız ilk
yarının son saniyələrində (45+1) Mübarək Şahquliyevin qolu ilə hesabda önə
keçdilər və bu üstünlüklə də fasiləyə
yollandılar. İkinci hissədə oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, yalnız bir dəfə,
57-ci dəqiqədə Ramil Orucov fərqlənə bildi. Beləliklə də, XII turun
oyunlarından sonra “Qaradağ Lökbatan” komandası turnir cədvəlindəkimövqeyini qorudu.