Noyabrın
24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə
start verilib. Sayca doqquzuncu dəfə təşkil olunan yarışda 50-dən çox ölkədən
700-ə yaxın güləşçi mübarizə aparır. Proqrama əsasən, turnirin ilkgünündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçi, 74 kq
çəki dərəcəsində çıxış edən Murad Süleymanov “Qızıl Qran-pri” turnirinin bürünc
medalına sahib olub.Qeyd
edək ki, mötəbər turnirə noyabrın 26-da yekun vurulacaq.