Bakı
İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş
üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə yekun vurulub.
50-dənçox ölkədən 700-ə yaxın idmançının qatıldığı
yarışın son günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib.”Neftçi
İdman Klubu”nun Azərbaycan yığmasının heyətində təmsil olunan yunan-Roma güləşçilərindən
üçü mötəbər yarışın mükafatçıları arasında yer alıb. Pəhləvanlarımızdan 71 kq çəki
dərəcəsində mübarizə aparan Həsən Əliyev və İslam Abbasov (85 kq) bütün görüşləri
qələbə ilə başa vuraraq “Qızıl Qran-pri” turnirinin qızıl medallarına sahib
olublar. Elvin Mürsəliyev (75 kq) isə yalnız final qarşılaşmasında məğlub olub
və gümüş medala layiq görülüb.Xatırladaq
ki, turnirin ilk günü xalça üzərinə çıxan sərbəst güləşçilərimizdən Murad
Süleymanov (74 kq) yarışın bürünc medalına yiyələnmişdi.