Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günüdür.Ümummilli lider Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dönəmdə (1969-1982-ci illər) respublikada iqtisadi-sosial sahənin inkişafına böyük önəm verilmiş və göstərilən səylər nəticəsində qarşıya qoyulan məqsədə nail olunmuşdur. Heydər Əliyev istər bu illərdə, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi vaxtlarda daim Azərbaycan idmanının inkişafı yolunda böyük işlər görmüş, bu istiqamətdə var gücü ilə çalışmışdır.Heydər Əliyev hələ o dövrlərdə “Neftçi İdman Klubu”nun idmançılarına böyük diqqət və qayğı göstərmişdir. O, bu və ya digər formada idmançılara dəstək verərək onların SSRİ ərazisində keçirilən müxtəlif yarışlarda iştirak etməsinə, eləcə də daha yaxşı hazırlığı olan atletlərin SSRİ-nin yığma komandalarının heyətində yer alaraq Avropa, dünya və Olimpiya yarışlarında iştirak etmələrinə yardım göstərmişdir.Müstəqillik dönəmində yenidən Azərbaycan Prezidenti seçildikdən sonra isə ölkə idmanının inkişafı istiqamətində daha ciddi addımlar atmış, paytaxt və respublikanın müxtəlif bölgələrində yeni idman komplekslərinin tikintisi böyük vüsət almışdır. 1996-cı il Atlanta, 2000-ci il Sidney olimpiadaları ərəfəsində həmin mötəbər yarışlarda iştirak edən idmançılarla şəxsən görüşmüş və onlara yüksək qələbə ruhu aşılamışdır. Əvəzində idmançılarımız da bu olimpiadalarda böyük uğurla çıxış etmiş, Vətənə medallarla dönmüşlər.1996-cı ildə “Neftçi İdman Klubu”nun 60 illik yubileyi münasibətilə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinə təşrif buyurmuş ümummilli lider orada klubun məşqçi-müəllimləri, idmançıları ilə görüşmüş və onlara hər cür qayğı göstərmişdir. O, ömrünün sonuna kimi idmana və idmançılara göstərdiyi çox yaxın və doğma münasibəti ilə diqqəti cəlb etmiş və idman ictimaiyyətinin böyük hörmətini qazanmışdır.Allah rəhmət eləsin!