Xəbər verdiyimiz kimi, sentyabrın 7-də neft, qaz və
kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verilib. Hər ilin
sentyabr ayında neftçilərin peşə bayramı ərəfəsində təşkil olunan tədbir daim
iştirakçıların böyük marağına səbəb olur.Dünən atletika və mini-futbol yarışlarına start
verildi. İsmət Qayıbov adına Təlim-İdman Bazasında təşkil olunan atletika
yarışları elə spartakiadanın ilk günündə sona çatdısa, Tofiq
İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən mini-futbol turniri
hələ bir neçə gün davam edəcək.Bu gün isə “Start” İdman Kompleksində üzgüçülük
növü üzrə yarışlar keçirildi. Xeyli azarkeşin maraqla izlədiyi yarış kişilər və
qadınlar arasında ayrılıqda təşkil olunmuşdu. Komandaların böyük həyəcanla
mübarizə apardıqları üzgüçülük yarışlarına yekun vuruldu.