Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın
sablya növü üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Türkiyə,
Rumıniya, İraq və Bolqarıstandan 25 idmançı öz bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu”nun sablyaçılarından
Cavanşir Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi
adını qazanıb. Nərminə Cəfərova isə zərif cinsin nümayəndələri arasında təşkil
olunan yarışda bürünc medala layiq görülüb.